Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya kompromisə hazırdırmı?

Rusiya kompromisə hazırdırmı?


"Hazırda ən böyük problem Rusiyanın da kompromisə hazır olub-olmamasıdır. Moskva diplomatik prosesə müsbət yanaşdığını nümayiş etdirsə də, ərazi məsələsində fundamental mövqeyinin dəyişdiyinə dair hələlik ciddi əlamət yoxdur".

Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, buna görə də hazırkı mərhələni sülhə aparan son mərhələ deyil, tərəflərin mümkün kompromisin sərhədlərini müəyyənləşdirdiyi mərhələ kimi qiymətləndirmək daha doğru olar.

O qeyd edib ki, yaxın perspektivdə Ukraynanın Rusiya ilə bütün məsələlərdə razılaşması mümkün olmasa da mövcud vəziyyəti müəyyən müddətə donduran, əvəzində ciddi təhlükəsizlik və maliyyə təminatları verən kompromisə razılaşması mümkündür:

"Avropa da belə bir modelə, əgər Ukraynanın təhlükəsizliyi və gələcəkdə özünü müdafiə etmək qabiliyyəti qorunarsa, isti baxa bilər. Amma yenə təkrar edirəm söhbət işğal altında olan ərazilərin Rusiya ərazisi olaraq tanınmasından yox, Rusiyanın nəzarətində qalmaqla uzunmüddətli atəşkəsdən gedir".

Süleyman
Xəbəri paylaş