Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna təkbaşına Rusiyaya müqavimət göstərə bilməz

Ukrayna təkbaşına Rusiyaya müqavimət göstərə bilməz


Ukrayna, dəyişən dinamika və müharibə metodları səbəbindən Rusiyanın nəhəng gücü ilə rəqabət apara bilmir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Google-ın keçmiş baş direktoru Erik Şmidt bildirib. O qeyd edib ki, bu da Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin irəliləyişlərini uğurla geri qaytarmasına səbəb olub.

Agentlik bildirir ki, Şmidt " The Washington Post" qəzetində dərc olunmuş məqaləsində bunları yazıb:

"Ukrayna təkbaşına belə bir güclə rəqabət apara bilməz. Qarşıdan gələn qış həlledici olacaq. Hazırkı münaqişə tarixdə ən sürətlə böyüyən texnoloji rəqabətdir və Rusiya reaktiv mühərrikli PUA-lar hazırlamaqla, Rassvet aşağı orbitli peyk sistemini yerləşdirməklə və silah istehsalını geniş miqyasda artırmaqla tez uyğunlaşma qabiliyyətini uğurla nümayiş etdirib".

Anar
Xəbəri paylaş