
"Ermənistan cəmiyyətinin və xüsusilə siyasi dairələrin Bakıda akkreditə olunmuş xarici ölkə diplomatlarının Qarabağa və Şərqi Zəngəzura səfərinə qarşı sərgilədiyi isterik və qəbuledilməz reaksiya bir daha göstərdi ki, İrəvan hələ də destruktiv mövqeyindən əl çəkməyib".
Newscenter.az xəbər verir ki, bunları politoloq Elman Cəfərli deyib. Onun sözlərinə görə, xarici diplomatların suveren Azərbaycan ərazisində sərbəst hərəkətini hədəfə almaq, onları demək olar ki, “linç” etmək kampaniyası aparmaq açıq-aydın ölkəmizin daxili işlərinə kobud müdaxilədir:
"Bu, eyni zamanda, Ermənistanın rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi ilə tam ziddiyyət təşkil edir. Diplomatik korpusun bu səfəri bir daha sübut etdi ki, dünya ölkələri Azərbaycanın suverenliyini birmənalı şəkildə dəstəkləyirlər".
Süleyman












































