Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb


Kəlbəcər rayonunda əl qumbaraları tapılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.

Mehman Mehdiyev
Xəbəri paylaş