Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin müdafiə sənayesi Çinin gündəmində

Türkiyənin müdafiə sənayesi Çinin gündəmində


Çin Türkiyənin müdafiə sənayesi ilə yaxından maraqlanır.

Newsxenter.az trthaber-ə istinadən bildirir ki, Türk müdafiə sənayesi məhsullarının ixrac uğuru Çin mətbuatında gündəm olub. Çin ordusuna bağlı Milli Müdafiə qəzeti bu uğuru “Türkiyənin müdafiə ixracatı rekord həddə çatdı” başlığı ilə öz səhifəsində qeyd edib.

Yazıda bildirilir ki, dünya “Kaan” pilotsuz uçuş aparatından danışır və bu Türkiyə müdafiə sənayesinin özünə inamının simvoludur.

Xəbərdə müdafiə sənayesi ixracının keçən il 25 faiz artaraq 5 milyard 500 milyon dollara çatdığı da qeyd edilib. Türkiyənin bu göstəricilərlə qlobal silah bazarında 12-ci yerə yüksəldiyi bildirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş