Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan revanşizmə sürüklənir

Ermənistan revanşizmə sürüklənir


"Azərbaycan hökuməti balanslı siyasət yürüdür. Bu istər Qərbin, istərsə də Rusiyanın xoşuna gəlməyə bilər. Məsələ burasındadır ki, istər Qərb, istərsə də Rusiya Azərbaycanı öz tərəfinə çəkmək üçün zaman-zaman təsir göstərmişdir. Hər zaman olduğu kimi indi də Ermənistan vasitəsilə bu siyasət davam edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, əslində Azərbaycan və Ermənistanın siyasi hakimiyyəti bir çox məsələlərdə razılıq əldə edə bilib:

"Bu razılaşmalar Qərb və Rusiya tərəfindən nə qədər sözdə alqışlansa da, fakt olaraq biz buna maneçilik yaradanların da məhz elə bu dövlətlərin olduğunu görürük. Belə ki, Cənubi Qafqaz uğrunda ABŞ və Aİ -Rusiya arasında mübarizə nəticəsində Vaşinqton və Aİ Ermənistanı təhlükəsizlik adı altında himayə edir:

"Ermənistan bundan istifadə edərək revanşizmə sürüklənir demək olar. Hazırda ABŞ və Avropa İttifaqı tərəfindən Ermənistan vasitəsilə ölkəmizə qarşı aparılan siyasi mövqe, Azərbaycan hökumətinə qarşı təzyiqdir və burada Rusiya faktoru əsas amildir. İstər Zəngəzur dəhlizinin reallaşması istiqamətində olsun, istər digər məsələlərdə, Qərb Azərbaycanı Ermənistanın siyasi hakimiyyəti kimi, yəni istəklərinə uyğun şəkildə hərəkət etmələrini görmək istəyir. Azərbaycan hökuməti hər zaman olduğu kimi indi də milli dövlətçilik maraqlarını nəzərə alır və bütün siyasətini məhz bu istiqamətdə həyata keçirir".

Anar Əliyev
Xəbəri paylaş