Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Rusiya arasında yüksək səviyyəli əməkdaşlıq mühiti mövcuddur

Azərbaycanla Rusiya arasında yüksək səviyyəli əməkdaşlıq mühiti mövcuddur


"Azərbaycanla Rusiya arasında yüksək səviyyəli əməkdaşlıq mühiti mövcuddur Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfər etməsi də bunun əyani sübutudur".

Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, Azərbaycan Cənubi Qafqazda yeganə respublikadır ki, Rusiya Federasiyası ilə ən yüksək səviyyəli əməkdaşlıq mühiti formalaşdırıb:

"Burada iki ölkə liderinin dostluq əlaqələri də xüsusi rol oynayır. Eyni zamanda Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik sazişi də Moskva ilə Bakı arasında münasibətlərin hər ötən gün daha da inkişaf etməsinə gətirib çıxarır".

Elvin Babayev deyib ki, rəsmi Moskva Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda yaratmış olduğu yeni reallığı da qəbul edir.

Anar Əliyev
Xəbəri paylaş