Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Braziliyada sel daşqınlarından ölənlərin sayı 107-yə yüksəlib

Braziliyada sel daşqınlarından ölənlərin sayı 107-yə yüksəlib


Braziliyada sel daşqınlarından həyatını itirənlərin sayı 107-yə çatıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində itkin düşənlərin sayı isə 136-ya yüksəlib.

Bildirilir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində ötən həftədən bəri yağan yağışlardan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artıb. Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamaya görə, daşıqnlardan müxtəlif dərəcəli xəsarət almış 374 yaralı xəstəxanalarda müalicə olunur.

Daşqınların vurduğu ziyan səbəbindən minlərlə insana elektrik enerjisi və internet xidməti göstərilmir.

Mehman Mehdiyev
Xəbəri paylaş