Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin çıxışı çıxışı cəmiyyətin hər bir üzvü üçün Yol Xəritəsi sayıla bilər

Prezidentin çıxışı çıxışı cəmiyyətin hər bir üzvü üçün Yol Xəritəsi sayıla bilər



"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin açılış mərasimində geniş və əhatəli, proqram xarakterli çıxışı cəmiyyətin hər bir üzvü, ümumən ölkəmiz üçün Yol Xəritəsi sayıla bilər".

Newscenter.az xəbər verir ki, bunu "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva deyib. O bildirib ki, dövlət başçısı qanunverici orqanda çıxışı zamanı bir sıra vacib, günümüz üçün aktual olan məsələlərə toxundu və öz tövsiyələrini verdi:

"Bunların içərisində diqqət çəkən məqamlardan biri də gənclərə yönəlmiş fikirlər idi. Cənab Prezident gənclərə bilikli, savadlı, milli, vətənpərvər ruhda olmalarını tövsiyə etdi. Çünki müasir elmlərə, yeni texnologiyalara yiyələnmədən gənclər inkişaf edə, öz gələcəklərini qura, dövlətə fayda verə bilməzlər. Ona görə də Cənab Prezident haqlı olaraq gənclərə bilikli, savadlı olmağı tövsiyə etdi. Ümumən, dövlət başçısı hər zaman elmə, təhsilə xüsusi diqqət ayıraraq gənclərin daha dərin biliklərə yiyələnməsinə çalışıb, zaman-zaman bu istiqamətdə müvafiq addımlar atıb. Bir neçə gün əvvəl Xankəndidə Qarabağ Universitetinin tələbələri ilə görüş zaçanı da Prezident İlham Əliyev bu məsələyə diqqət ayırmışdı".

Ruhiyyə Mehdiyeva deyib ki, gənclər də öz növbəsində dövlətin, dövlət başçısının yaratdığı imkanlardan, təhsil sahəsinə göstərilən diqqət və qayğıdan faydalanaraq bundan öz vəzifə borclarını layiqincə yerinə yetirməli, Cənab Prezidentin çağırış və tövsiyələrinə əməl etməlidirlər.

Anar Əliyev
Xəbəri paylaş