Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda vəziyyət gərginləşəcək

Gürcüstanda vəziyyət gərginləşəcək


ABŞ rəsmiləri Gürcüstan Baş naziri ilə görüşməkdən imtina etməsi Tiflis üçün ciddi siqnaldır. Bu onu göstərir ki, okeanın o tayından Gürcüstanda hakimiyyəti dəyişmək üçün düyməyə basılıb. Bidzina İvanaşvili oktyabrda keçiriləcək seçkilərə qədər Qərblə əlaqələrin normallaşdırılmasını istəyir. Oliqarx siyasətçi seçkidə öz qalibiyyətini elan edib bunu Qərbə qəbul etdirmək və müxalifətin etiraz səsini kəsmək istəyir. Lakin baş verən hadisə göstərdi ki, ABŞ artıq Gürcü Arzusu hökuməti ilə heç bir danışıqları istəmir və oktyabrdakı seçkilərdən sonra onların hakimiyyətini qəbul etməyəcək. Cəmi 1 ay sonra Tiflisdə vəziyyətin gərgin olacağı şübhəsizdir. Rusiya və Qərbin növbəti rəqabətinin Gürcüstanda yaşanacağı şübhəsizdir.

Zeynal Əmrəliyev
Xəbəri paylaş