"Dünyada ekoloji terrora məruz qalan ölkələrdən biri də Azərbaycandır. Azərbaycan o ölkələrdəndir ki, 20 faiz əraziləri 30 il terrorçular və separatçılar tərəfindən işğal altında qalıb. Bu dövrdə, ölkənin işğal altında olan ərazilərində erməni işğalçıları tərəfindən demək olar hər şey dağıdılaraq oğurlandı və Ermənistana daşındı".
Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bura meşələrimizi, çaylarımızı və digər təbii resursları da əlavə etsək, böyük bir ekoloji terrora məruz qaldığımızı sübut etməyə ehtiyac qalmır:
"Biz bütün bunları yaşayan xalq olaraq bu gün dünyanın ən böyük ekoloji sorunlarını müzakirə etmək üçün BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransına (COP29) ev sahibliyi ediriksə, deməli bu böyük uğur hesab edilməlidir və Azərbaycan COP29 -a ev sahibliyini mükəmməl şəkildə həyata keçirir. Doğrudur, siyasi baxımdan müəyyən çatışmayan cəhərlər var. Amma, bütün bunlar bizdən qaynaqlanmayan məsələlərdir və ölkəmizin COP29 tədbirlərini bu qədər soyuqqanlı və standartlara cavab verən səviyyədə ev sahibliyi etməsi yalnız düşmənlərimizi məyus edə bilər".
Anar Əliyev