Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz öz tariximizə qayıdırıq!

Biz öz tariximizə qayıdırıq!



Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərinin dəstəyi ilə Böyük Qayıdışla bağlı yeni video-fləşmob hazırlanıb.

Newscenter.ax xəbər verir ki, flaşmobda bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış məcburi köçkün gənclərin bir qrupu iştirak edib. Onlar mənsub olduğu şəhər və rayonunun xəritəsinin maketi ilə “Biz öz tariximizə qayıdırıq!” adlı aksiyaya qoşulub və mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə bir araya gəliblər...

“Qarabağ Azərbaycandır” şüarı ilə yekunlaşan video-fləşmob Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb. Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərzilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər intensiv qaydada icra edilir. Video-fləşmobu təqdim edirik.



Süleyman
Xəbəri paylaş