"Türkiyə tələyə düşdü" deyərək Ankaraya qarşı sensasion bəyanat verən Seyyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti İranın əsl düşməninin Türkiyə olduğunu göstərdi. Siyasəti anlayanlar üçün burada heç bir yenilik yoxdur.
Bəyanatın bir məqsədi də istifadə müddəti bitmiş Əsəd rejiminin təhvil verilməsinin məsuliyyətini Türkiyənin üzərinə atmaqdır, halbuki Tehran özü "qardaşı" Əsədi xilas etmək üçün real heç bir addım atmır.
Bizim üçün burada önəmli məqamlardan biri də son günlər sosial media seqmentində Türkiyə əleyhinə təbliğatın haradan qaynaqlanmasıdır. Sağ olsun Vilayəti, bütün gizli kartları açdı, yoxsa biz deyəndə çoxları inanmırdı, tərəddüd edirdi.
Ərəstun oruclu