Qazaxıstanda Dünya dini liderlərinin qurultayı keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qurultayın gələn ilin ilk aylarında keçirilməsi nəzərdə tutulub. Paytaxt Astanada keçirilməsi nəzərdə tutulan qurultaya hazırlıq işlərinə start verilib.
Qurultaya hazırlıq məsələləri Qazaxıstan preziidenti Kasım-Jomart Tokayevin mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşündə də müzakirə edilib. Dövlət başçısı qurultayın yüksək səviyyədə təşkili üçün nazirə müvafiq tapşırıqlar verib.
Mehman Mehdiyev