Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Blinkenin bəyanatı obyektivlikdən uzaqdır

Blinkenin bəyanatı obyektivlikdən uzaqdır


"Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bir qayda olaraq dəyişkən mövqeyi, kənar təsirlər nəticəsində səsləndirdiyi qeyri-obyektiv və qərəzli bəyanatları ilə seçilib. O, Dövlət Departamentinə rəhbərlik etdiyi bu iilər ərzində yalnız qeyd etidyim mənfi elementlərlə yadda qalıb".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov 11 dekabr 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını şərh edərkən səsləndirib. Dövlət Departamenti rəhbərinin bəyanatında əksini tapan fikirlərin tamamilə əsassız və qərəzli olduğunu vurğulayan deputat Blinkenin bəyanatından bir neçə gün əvvəl onun Maltada keçirdiyi görüşə diqqət yetirib:

"Mən yuxarıda təsadüfən demədim ki, Blinkenin verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər bir qayda olaraq kənar təsirlər nəticəsində ortaya çıxır. Baxın, ABŞ dövlət katibi dekabrın 11-də məlum bəyanatı verir, ondan bir neçə gün əvvəl isə postsovet məkanından olan vətəndaş cəmiyyəti nümayəndələri ilə Maltada bir araya gəlir və həmin görüşdə iştirak edən Emin Hüseynov Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşdiyini, fəalların və jurnalistlərin həbs olunduğunu iddia edir. Ardınca da Blinken məlum bəyanatı verir. Sadəcə burada deməyim odur ki, özünü supergüc hesab edən bir ölkənin dövlət katibinin hansısa QHT rəhbərinin iddialarına əsaslanıb Azərbaycanı nədəsə ittiham etməsi gülüncdür və bir qədər də kobud şəkildə desək siyasi naşılıqdır. Əgər belə olmasaydı Blinken bəyanat verməzdən əvvəl Azərbaycandakı vəziyyəti müxtəlif aspketlərdən öyrənər, araşdırara, sonra hansısa fikir səsləndirərdi. Daha bir QHT rəhbərinin iddiaları əsasında deyil".

İlham Məmmədov onu da qeyd edib ki, bir tərəfdən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması təşəbbüslər göstərib görüşlər təşkil edən Blinken, digər tərəfdən Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib əsassız bəyanatlar verir:

"Bu isə ABŞ dövlət katibinin sülh müqaviləsinin imzalanmasında qeyri-səmimiliyini ortaya qoyur".

Süleyman
Xəbəri paylaş