
"Türkiyənin dəstək verdiyi Suriya Milli Ordusunun son əməliyyatları və qazandığı strateji uğurlar Ankaranın əlini gücləndirir. Menbiçin Azad Suriya Ordusu tərəfindən PKK uzantları olan YPG / PYD qruplarından təmizlənməsi Türkiyənin sərhəd təhlükəsizliyi baxımından önəmlidir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, ABŞ və İsrail faktiki olaraq bu qruplara dəstək verir və Suriyada kürd dövlət qurumunun yaradılmasına çalışırlar:
"Menbiç 2016 - cı ildə ABŞ - nin dəstəyi ilə PYD - nin nəzarətinə keçib. Təşkilatın rəhbəri Salih Müslümün Türkiyə əlehinə verdiyi açıqlamalar, PKK ilə açıq əlaqələr qurması Türkiyədə narahatlıq yaratmışdı. O zaman Vaşinqton Ankaranın sərt tepkisi ilə üzləşdi və Menbiçi azad edəcəyinə söz verdi. Lakin ABŞ sözünün üstündə durmadı. Onun Türkiyəyə qarşı bu davranışını 2019 - cu ildə Rusiyada təkrarladı. Ümumiyyətcə, hər nə qədər Rusiya və Türkiyə Suriyada müttəfiqliq qurmaq üçün anlaşsalarda elə hamısı kağız üzərində qaldı. İndi Türkiyə bu işi müttəfiq qruplaşma vasitəsi ilə həyata keçirir".
Politoloq deyib ki, Menbiçin itirilməsi PYD/YPD üçün böyük problemlər yaradır:
"Qruplaşma Fərat çayının şərq sahillərində strateji mövqelərini itirdi. Radikal kürd qruplar artıq Fəratın qərbində mövqe tutmağa məcbur olacaqlar. Əvəzində isə Türkiyə Fəratın şərqində möhkəmləndi. Bu da Ankaraya Suriyada gələcək əməliyyatlar üçün böyük üstünlük gətirəcək. Eyni zamanda Türkiyə bununla PKK və onun uzantilarına ciddi psixoloji zərbə də vurmuş oldu"
Zeynal Əmrəliyev deyib ki, Ankara masada öz əlini gücləndirir:
"PKK və onun uzantilarına qarşı əməliyyatlar genişləndikcə Türkiyə həm Suriya, həm İraqda daha güclü hala gələcək".
Anar Əliyev