Milli Məclisin deputatı Mahir Süleymanlının təşəbbüsü ilə qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə Şabran və Xaçmaz rayonlarında yaşayan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət bayram sovqatları paylanılıb.
Newscenter.az xəbər verir ki, təşəbbüs çərçivəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələr ziyarət olunub, onlara dövlət qayğısının bir nümunəsi olaraq dəstək göstərilib.
Bayram sovqatlarının paylanması zamanı vətəndaşlarla səmimi görüşlər keçirilib. Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və deputata dərin minnətdarlıqlarını bildiriblər.
Süleyman