Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Şorsulu kənd ümumi orta məktəbində vətəndaşlarla görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə əvvəlcə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.
Daha sonra millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış problemlər haqqında görüş iştirakçılarına məlumat verib.
Ardınca, millət vəkili Günay Ağamalı seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinləyib, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırıb.
Süleyman