Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, əslində beynəlxalq ictimaiyyətin məğlubiyyəti deməkdir

Bu, əslində beynəlxalq ictimaiyyətin məğlubiyyəti deməkdir


Qəzzada çoxdan gözlənilən atəşkəs elan edildi. Kimi bunu İsrailin, kimi isə birincinin qələbəsi kimi təqdim edir. Bəs görəsən reallıq nədən ibarətdir?

Newscenter.az-ın xəbərinə görə, ictimai-siyasi fəal Asim Vəliyev deyib ki,
Qəzzada 50 mindən çox uşağın həyatını itirdiyi bir münaqişədə atəşkəs Qəzzanın "qələbəsi" kimi təqdim edilə bilməz. Onun sözlərinə görə, bu, əslində hər iki tərəfin, eləcə də beynəlxalq ictimaiyyətin məğlubiyyəti deməkdir:

"Çünki günahsız insanların həyatını qorumaq mümkün olmayıb. Türkiyə mediası siyasi maraqların qurbanına çevrilib".

Asim Vəliyev bildirib ki, bu cür hadisələr bizə beynəlxalq hüququn, humanitar prinsiplərin daha güclü olmasının və münaqişələrin həlli üçün ədalətli mexanizmlərin işlənib hazırlanmasının vacibliyini xatırladır:

"İnsanlıq hər dəfə bir addım geri çəkiləndə, bu itkilər bizim ortaq tariximizdə dərin iz buraxır".

Anar Əliyev
Xəbəri paylaş