Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna ilə müharibənin bitirilməsində ən çox maraqlı tərəf Rusiyadır

Ukrayna ilə müharibənin bitirilməsində ən çox maraqlı tərəf Rusiyadır


Ukrayna ilə müharibənin bitirilməsində ən çox maraqlı tərəf kimi Rusiya görünür. Ukraynasız ABŞ-la danışıqlar aparmağın özü Rusiyanın düşdüyü aciz durumun nəticəsidir. Zəif hesab edilən Ukrayna isə əksinə müharibənin onun maraqları çərçivəsindən kənar şərtlərlə dayandırılmasını istəmir. Bu da o deməkdir ki, Ukrayna öz gücünün konturlarını bilir və ona verilən dəstəyin davam edəcəyindən arxayındır.

Məntiqlə görmək olur ki, əgər Trampın yardımı dayandıracağı və Rusiyanın bundan sonra Ukraynanın daha çox ərazilərini işğal etməyə başlayacağı durumda keçən üç illik yardım və itkilərin heç bir əhəmiyyəti qalmayacaq. Yəni, onda indiki şərtlərə nisbətən daha ağır məğlubiyyət hesab ediləcək. Burda həm ABŞ, həm də Avropa məğlub sayılacaq. Məsələnin açar nöqtəsi də budur. Bu məğlubiyyəti Qərb alyansı gözə ala biləcəkmi. Rusiyanın daha güclü oyunçuya çevrilməsi gerçəyi ilə üz-üzə qalması durumunu özlərinə bağışlaya biləcəkmi.

Hesab edirəm ki, hələ Zelenski ən böyük kozırını danışıqlardan qəti şəkildə imtina etməklə oynamayıb. Bu, onun yerinə danışıqlar aparanlar üçün əsl imtahan olacaq. İmtahandan çıxmağın yeganə yolu isə Ukraynaya hərtərəfli yardım edilməsindən keçəcək.

Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri
Xəbəri paylaş