
Qazaxıstanda yeni nəqliyyat və logistika mərkəzinin tikiləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlı Çin Qazaxıstana sərmayə yatıracaq.
Məlumata görə, Çin Qazaxıstanda nəqliyyat və logistika mərkəzinin tikintisinə 1 milyard yuan sərmayə qoyacaq. Bu barədə "Qazaxıstan Temir Yolu" SC-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qazaxıstan və Çin arasında dəmir yolu nəqliyyatı durmadan artır və onun həcmi 2024-cü ildə rekord həddə, 32 milyon tona çatıb.
Mehman Mehdiyev