
"Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idmanı beynəlxalq arenada mühüm uğurlara imza atıb. İdmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında bayrağımızı yüksəklərə qaldıraraq, xalqımızı qürurlandırıblar".
Newscenter.az xəbər verir ki, bu fikirləri Alpaqut Federasiyasının Prezidenti Jalə Əhmədova MOK-un IX Hesabat-seçki baş məclisinin yekunlarını dəyərləndirərkən söyləyib. O deyib ki, bu seçki, ölkəmizin idman sahəsində gələcək nailiyyətlərə imza atacağına, sağlam həyat tərzinin təşviqinə və idmanın kütləviləşməsinə verilən önəmin təsdiqidir:
Jalə Əhmədova, "İdmançılarımıza qarşıdakı yarışlarda uğurlar, cənab Prezidentə isə bu şərəfli və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayırıq!",-deyə vurğulayıb.
Süleyman