Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quruculuq-abadlıq işləri Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs verib

Quruculuq-abadlıq işləri Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs verib


“İkinci Qarabağ savaşından keçən 5 ilə yaxın müddətdə işğaldan azad edlmiş ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işləri Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs verib, yeni həyat gətirib. Azad edilmiş ərazilərdə reallaşdırılan infrastruktur layihələrinin birbaşa Cənab Prezident İlham Əliyevin nəzarəti və diqqəti altında həyata keçirilməsi orada həm işin keyfiyyətini, həm də sürətini artırır. Bu isə öz növbəsində Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışı sürətləndirir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Prezident İlham Əliyevin bu günlərdə Ağdam, Xankəndi və Xocalı rayonunun Ballıca kəndinə səfərinə diqqət çəkərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, dövlət başçısının hər bir səfəri kimi azad edilmiş ərazilərə bu dəfəki səfəri də xüsusi yadda qalan və diqqət çəkici oldu:

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-i və 19-da Ağdam şəhərində, Xankəndi şəhərində, Əsgəran qala-kompleksində, habelə Xocalı rayonunun Ballıca kəndində oldular. Dövlət başçısı və xanımı adları qeyd edilən hər bir yaşayış məntəqəsində aparılan bərpa-quruculuq işləri işləri, fərdi evlərin və infrastrukturun bərpası sahəsində həyata keçirilən layihələrlə maraqlndı. Eyni zamanda yaşayış və otel kompleksləri ilə tanış oldular. Dövlət başçısı Ağdam Muğam Mərkəzinin inşası prosesi ilə yaxından maraqlanıb, Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib".

Arzuman Muradlı onu da qeyd edib ki, Cənab Prezidentin azad edilmiş şəhər və rayonlara səfərləri orada quruculuq-abadlıq işlərinin sürətləndirilməsi, Qarabağ, Şərqi Zənıgəzura qayıdış prosesinin intensivləşməsi ilə yanaşı, son illərdə öz doğma torpaqlarına qayıdıb orada məskunlaşmış vətəndaşlarımızda yüksək ruh yüksəkliyi, əminlik yaradır:

"Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri, aparılan quruculuq-abadlıq işləri dövlət başçısının qeyd etdiyi kimi heç bir kənar dəstək olmadan, hansısa beynəlxalq qurumların maddi-texniki yardımları olmadan, sırf Azərbaycan dövlətinin öz gücü hesabına reallaşdırılır. Cənab Prezidentin Ballıca kəndinin sakinləri ilə görüşü zamanı vurğuladığı kimi biz "hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində".

Süleyman
Xəbəri paylaş