Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Made in Azerbaijan” brendi məhsulları Türkmənistanda təqdim edilib

"Made in Azerbaijan” brendi məhsulları Türkmənistanda təqdim edilib


Azərbaycanın Türkmənistandakı Səfirliyi Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən “Diplomatiya Günü”nə həsr olunmuş sərgidə iştirak edib.

Səfirlikdən Newscenter.az-a bildirilib ki, tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və turizm potensialını əks etdirən kitablar, broşürlər, foto-açıqcalar, suvenirlər və sənətkarlıq nümunələri, habelə “Made in Azerbaijan” brendi məhsulları nümayiş olunub və qonaqlara təqdim edilib.

Eyni zamanda, türkmən dilində nəşr olunmuş Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Əbədiyyət dastanı” və Nizami Gəncəvinin əsərləri sərgi iştirakçılarına təqdim olunub.

Sərgi çərçivəsində COP29-a dair informativ məlumatlar əks olunmuş bannerlər nümayiş etdirilib, həmçinin sinevizyon vasitəsilə COP29-da əldə olunan nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirən videoçarx da göstərilib.

Eləcə də tədbirdə milli geyimlər sərgilənib, habelə "Azerbaijan.travel" turizm platformasının təqdimatı keçirilib.

Ziyarətçilərə Azərbaycanın zəngin milli mətbəxi barədə məlumat verilib, ləziz yeməklər və şirniyyatlar təqdim olunub.

Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini, xarici işlər naziri Rəşid Meredov ölkə rəsmiləri və diplomatik korpusun nümayəndələri ilə birlikdə Azərbaycan stendi ilə tanış olub. Sərgiyə gələn qonaqlar Azərbaycan guşəsinə böyük maraq göstərib.

Mehman Mehdiyev
Xəbəri paylaş