
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Rutte ilə Rusiya-Ukrayna müharibəsinin nizama salınması yollarını müzakirə edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ərdoğan və Rutte arasında baş tutan telefon danışığı zamanı tərəflər regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan görüşdə Türkiyənin Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması üçün əlindən gələni etdiyini, bundan sonra da üzərinə düşəni etməyə davam edəcəyini, müharibə edən tərəflər də daxil olmaqla, bir çox beynəlxalq təşkilatların liderləri və təmsilçiləri ilə əlaqə saxladığını, ədalətli və davamlı sülhün mümkün olduğunu bildirib.
Ərdoğan Türkiyənin öz bölgəsində və dünyada müharibələrə son qoymaq üçün səy göstərdiyini və beynəlxalq ictimaiyyətin Türkiyənin müharibələri dayandırmaq və sülhün qurulması səylərinə töhfə verməsinin vacib olduğunu bildirib.
Anar Əliyev