
Türkiyədə idmançıların olduğu avtobus qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Dənizlidə qeydə alınıb. Belə ki, Dənizlidə idmançıları daşıyan avtobus aşıb. Qəza nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb.
Məlumata görə, Dənizlidə bir qrup idmançını daşıyan mikroavtobus yoldan çıxaraq tarlaya aşıb.
Xəbərdarlıq üzərinə qəza yerinə jandarma, polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Mehman Mehdiyev