
İsrail Qəzza zolağında 1109 məscidi dağıdıb.
Newscenter.az xəbər verir ki, bu barədə Qəzzadakı Vəqflər və Dini İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağındakı 1244 məsciddən 1109-un İsrailin hücumları nəticəsində tamamilə dağılıb.
Məlumata görə, Qəzzada dini və inzibati mərkəzlərin, vəqf mülklərinin, qəbirlərin və məscidlərin dağıdılması nəticəsində dəymiş ümumi maddi ziyan 500 milyon dollardan çox olub.
Bəyanatda qeyd olunub ki, İsrail ordusu Qəzzada məscid və məscidlərdən başqa 3 kilsəni də dağıdıb.
Anar Əliyev