Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ABŞ və Rusiyaya əxlaq dərsi keçməyə haqqı var

Azərbaycanın ABŞ və Rusiyaya əxlaq dərsi keçməyə haqqı var


"Rusiya döyüş meydanında əldə edə bilmədiyi qələbəni danışıqlar masasında almaq istəyir. Danışıq masasının qurulması, xüsusən də, Ukraynasız masa artıq Rusiyanın danışıqlarda önə keçməsi deməkdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, əslində Rusiyanı nəinki danışıq masasına, heç öz sərhəddindən kənara çıxmasına imkan yaradılmaması lazım idi:

"İşğalçı bir dövləti masa arxasına oturtmaq böyük səhv idi. Bundan sonra Rusiya özünü daha rahat və əmin aparacaq.

Amma diplomatik uğurun arxası döyüş meydanında möhkəmləndirilməyincə bunu uğur hesab etmək olmaz. Rusiyanın hərbi imkanları göz önündədir. Öz ərazisində belə Ukrayna ordusu ilə bacara bilmir. Bir-iki kənd və kilometr ələ keçirmək üçün minlərlə itki verir. Odur ki, bu durumda danışıqlar masasına oturmaqla nəsə əldə etmək sabun köpüyü kimi bir şey olacaq. İndi Ukrayna ordusu müasir döyüşür. Dron və ağıllı raket-bombalarla Rusiya ordusunu və ərazisini dayandıqları yerdən məhv edirlər. Bunu monitor arxasından çoxu qızlar edirlər".

Azər Qasımov qeyd edib ki, müharibənin tezliklə bitməsi hələlik mümkün deyil:

"ABŞ və Rusiya danışıqlar apara bilərlər. ABŞ Ukraynaya yardımı da dayandıra bilər. Amma Ukrayna torpaq, Rusiya minlərlə canlı qüvvə, texnika itirəcək. Buna dəyəcəkmi?

Azər Qasımov bildirib ki, Azərbaycan dövləti Ukraynanın torpaqlarının işğalının legitimləşdirilməsi addımlarını qəti şəkildə pisləməlidir:

"Bu, əraziləri vaxtilə işğala məruz qalan bir ölkə kimi Azərbaycanın mənəvi borcudur. Hər bir dövlətin əxlaqı olmalıdır. Azərbaycanın ABŞ və Rusiyaya əxlaq dərsi keçməyə haqqı var".

Süleyman
Xəbəri paylaş