
Ötən il 185 lokomotiv, 2350 yük vaqonu, 143 sərnişin vaqonu alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 2024-cü ildə yol təmiri işləri rekord həddə - 12 min kilometr məsafəni əhatə edib. Bunun da 7 min kilometri tamamlanıb. Əsas səylər "Almatı - Qaraqanda" (879 km), "Taldıkorqan - Ust-Kamenoqorsk" (768 km) və "Aktobe - Atırau - Həştərxan" (607 km) əsas tranzit dəhlizlərinin yenidən qurulmasının başa çatdırılmasına yönəldilib.
Dəmir yolu nəqliyyatı sektorunda yük daşımalarının artımı 2% və ya 303 milyon ton təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə 21 milyon sərnişin daşınıb ki, bu da 2023-cü ilə nisbətən 4 faiz çoxdur.
Mehman Mehdiyev