Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buğdanın qiyməti aşağı düşüb

Buğdanın qiyməti aşağı düşüb


Dünya bazarlarında buğdanın qiymətində azalma müşahidə olunur.

Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına dair icmalına istinadən bildirir ki, 2025-ci ilin mart ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 6.6% azalaraq bir ton üzrə 228 ABŞ dollar səviyyəsində qərarlaşıb.

Bu ərzaq məhsulunda il ərzində ən yüksək göstərici 2024-cü ilin may ayında qeydə alınıb. Həmin dövrdə buğdanın 1 tonunun qiyməti 256 dollar təşkil edib. Ən aşağı qiymət isə iyul-avqust aylarında 206 dollar səviyyədində olub.

Rusiya buğdasının ixrac qiyməti mart ayında əvvəlki aya nisbətən 0.5% artaraq 249 ABŞ dollar təşkil edib.

Anar Əliyev
Xəbəri paylaş