Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankaradakı Heydər Əliyev məktəbinə kitablar hədiyyə edilib

Ankaradakı Heydər Əliyev məktəbinə kitablar hədiyyə edilib


Azərbaycan Respublikasının Türkiyə səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov Ankaranın Yenimahalle rayonunda yerləşən Heydər Əliyev adına orta məktəbinin direktoru Ahmet Sürezli ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Heydər Əliyev adına orta məktəbdə keçirilən müzakirədə ortaq dəyərlərimizin gələcək nəsillərə daha da tanıdılması, Türkiyədə "Bir millət - iki dövlət" şüarının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının parlaq şəxsiyyəti Heydər Əliyev irsinin daha da tanıdılmasından bəhs edilib.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq və Türk dünyası səviyyəsinə qaldırılması. həmrəylik rolunun təbliği istiqamətində layihələrin həyata keçirilməsi, Ankarada orta məktəblər arasında tariximizə, milli mədəniyyətimizə və ortaq dəyərlərimizə əsaslanan viktorina müsabiqəsi, məktəblilər arasında poeziyamızın görkəmli nümayəndələrinə həsr olunmuş şeir və poeziya gecələrinin təşkili görüşdə müzakirə olunub.

Görüş çərçivəsində Heydər Əliyev adına orta məktəb ziyarət olunub. Azərbaycan Mədəniyyət Mərkəzi məktəbə ana dilimizdə Azərbaycan və Türkiyə türkcəsində təsvir edən nəşrlər təqdim etdi. Nəşrlərdə Azərbaycan dövlətçiliyi, tarixi, Ulu Öndər Heydər Əliyev, milli mədəniyyətimiz və klassik irsimiz haqqında kitablar yer alıb.

Süleyman
Xəbəri paylaş