Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan yenidən Azərbaycana qarşı müharibəyə başlaya bilər

Ermənistan yenidən Azərbaycana qarşı müharibəyə başlaya bilər


"Ermənistanda revanşist Rusiya tərəfdarları və Rusiyanın dəstək verdiyi müxalif qüvvələr Sarkisyan və Köçəryan cütlüyü, əgər hakimiyyəti ələ alarlarsa, bu təqdirdə, Azərbaycana qarşı müharibənin başlanması ehtimalı çox yüksəkdir".

Newscenter.az əbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Azərbaycan ordusu Ermənistan ordusunu əzməklə ,mövcud hakimiyyəti başa sala bildi ki, Azərbaycan Cənubi Qafqazda şəriksiz gücdür və hər hansı bir anti-azərbaycan hərəkətlər anında cavabını alacaq:

"Ermənistan baş naziri Paşinyanın indiki sülh tərəfdarı kimi mövqeyi və bəyanatları da məhz burdan qaynaqlanır və onun gördükləri və bildikləri nəticəsində Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməyə hazırdır. Dögrudur, Azərbaycan ordusu revanşist qüvvələrin də öhdəsindən asanlıqla gəlməyə hazırdır,amma, bu zaman itkisi və yekun sülh sazişinin imzalanması istiqamətində hər şeyin geriyə sıfır nöqtəsinə dönməsi deməkdir".

Anar Əliyev
Xəbəri paylaş