Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın Beynılxalq Hava Limanının istifadəyə verilməsi həm də xəyal edə bilmədiklərimizin belə gerçəkliyə çevrilməsidir

Laçın Beynılxalq Hava Limanının istifadəyə verilməsi həm də xəyal edə bilmədiklərimizin belə gerçəkliyə çevrilməsidir



“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tarixi gündə daha bir tarixə imza atdı. Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilməklə dövlətimizin gücü, qüdrəti, təkcə regionun deyil, ümumilikdə dünyanın lider dövlətlərindən biri olduğu sübuta yetirildi”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu bölgənin hərtərəfli inkişafına öz töhfəsini verəcək:

“Xüsusilə, bu Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafında özünü göstərəcək. Ötən 5 ilə yaxın müddətdə Laçında yaradılan infrastruktur, quruculuq-abadlıq işləri Laçının turizm potensialını artırıb. Bu birmənalıdır ki, turistlər üçün ən əsas şərtlərdən biri də nəqliyyat baxımından rahatlığın təmin olunmasıdır. Bu mənada Laçın Beynəlxalq Hava Limanı xüsusi əhəmiyyət daşıyır”.

Arzuman Muradlı onu da qeyd edib ki, hava limanının açılışı ərəfəsində Laçında olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də burada yaradılan şəraitdən, aparılan quruculuq-abadlıq işlərindən məmnunluğunu ifadə edib. Həm Pakistanın Baş nazirinin Laçında gördükləri mənzərə, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hava limanının açılış mərasimində iştirakı onu deməyə əsas verir ki, ilk növbədə türkiyəli və pakistanlı turistlər üçün Laçın cəlbedici turizm məkanı olacaq”.

Arzuman Muradlı onu da qeyd edib ki, Laçın Beynılxalq Hava Limanının istifadəyə verilməsi həm də xəyal edə bilmədiklərimizin belə gerçəkliyə çevrilməsidir:

“5-10 il əvvəl nəinki Laçının işğaldan azad ediləcəyini xəyal edə bilər, hətta dağlar qoynunda Beynəlxalq Hava Limanının istifadəyə veriləcəyini belə təsəvvürümüzə gətirə bilməzdik. Ancaq bu gün Cənab Prezident İlham Əliyevin sayəsində bu gerçəkliyin sevincini yaşayırıq. Əminik ki, Cənab İlham Əliyevijn rəhbərliyi altında Azərbbaycan bundan sonra da hələ neçə-neçə belə möhtəşəm uğurlara imza atacaq, dünyanı heyrətləndirəcək”.

Süleyman
Xəbəri paylaş