Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda siyasi hərəkətlənmələr baş verəcək

İranda siyasi hərəkətlənmələr baş verəcək


"ABŞ və İsrail heç vaxt, Cənubi Azərbaycanın müstəqil Azərbaycan Respublikası ilə birləşməsinə razı olmazlar. Konkret olaraq Türkdilli dövlətlərin böyüməsi və genişləndirilməsi, o cümlədən Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın bizə birləşdirilməsi və yaxud da öz dövlətlərini qurması bu və digər türk dövlətləri olmayan ölkələr üçün qəbuledilməzdir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bunun bir çox səbəbləri var:

"ABŞ-ın İrana gətirəcəyi ehtimal edilən demokratiya və ədalətin fars molla rejiminin mövcud hakimiyyətindən dəfələrlə aşağı səviyyədə olmasına şübhə etmirəm. Bu baxımdan biz Azərbaycan xalqının mövqeyi nə İsrail və ABŞ, nə də digər şahın oğlu falan, qacarların nəslindən olmamalıdır. Biz konkret olaraq İranda yaşayan soydaşlarımızın arxasında durmalıyıq və onların içində olan aydınları dəstəkləməliyik".

Çingiz Şahbazi daha sonra bunları qeyd edib:

"Müharibə dayandırıldı və İranda bunun ardınca siyasi hərəkətlənmələr baş verəcək. İndi, ABŞ-İsrail cütlüyünün, Rusiya və Türkiyənin də maraqları daxil, bir çox qüvvələrin İranda siyasi hakimiyyət uğrunda mövqeləri toqquşa bilər. Bu səbəbdən və bütün bunları nəzərə alsaq, bizim 40 milyonluq soydaşlarımızın bu istiqamətdə yürütdüyü siyasəti nəzərə alaraq, onlara öz dəstəyimizi vermək məcburiyyətindəyik. Əks halda İranın gələcəyini təmin edənlərin kimlər olduğunu ciddiyə almamaq və boş-boş mübahisələr etmək, milli mənlik şüurundan kənarda müsbət nəticə axtarışı etmək və sairə və kənar qüvvələrin İranda hansı məqsədlər üçün planları olduğunu ciddiyə almamaq, onlara bizim gələcəyimizi və dövlətçiliyimizi təhdid altında saxlamaq imkanı qazandıra bilər. Qonşuda baş verən hadisələr və soydaşlarımızın gələcək həyatı və onların müqəddəratı bizim üçün hər şeydən əvvəl önəmli olmalıdır".

Anar Əliyev
Xəbəri paylaş