Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kasiim Soleimani sindromu



Newscenter.az.6.01.2020. İran, fars generalı Kasiim Soleimani ətrafında neçə günlük ictimai fırtınamızın yekun təhlili. Nə hasil oldu, nə nəticə verdı, müşahidəmiz?

Bu xalq hələ indiyəcən Qasım Süleymani bilib tanımamışdı. Bir neçə ay öncə, İraqdakı siyasi qarşıdurma proseslərini analiz edib paylaşan və Q. Süleymani barəsində yazanda, bu insan haqqında yalnız İran şəbəkəsinin bəzi biliciləri reaksiya verdi. Ölkə tanımırdı bu şəxsi. Amma ölkənin yarısı yas tutur, yarısı da, yas tutanlara toy tutur, narahat olub.. Gündəm də tutulub və seçki də unudulub, ictimai qarşıdurma, stress.

Bu nə deməkdir? Bu o deməkdir ki, İran istəsə, bizim ölkədə illərlə yeridib qurduğu bu ictimai imkanları ilə, hətta İsfahandakı, ölən çobanına belə şəhid adı ilə yas tutdurub, ictimai təlatüm yarada bilər. O deməkdir ki, qurub yaratdığı bu şəbəkəsi, zombiləşmiş və aldadılmış tərəfdar, şiə-din amili ilə cəlb etdiyi dindarları və bütün bunların başında duran agenturası vasitəsi ilə çox şey edə bilər. Bu dövlətə və bu xalqa qarşı.

Sabah lazım olarsa, cəmiyyətin bəlkə də yarısı və bəlkə daha çoxunu ölkənin, xalqın, dövlətin ümumi milli mənafeinin, siyasətinin əksinə də yönəldə bilər. Sadəcə Tehrandan bir fətfa ilə ki, belə olmalıdır, vəssalam. Necə ki, sən demə Q. Süleymani adlı, bir fars generalı varmış İranda, ona yas və matəm tutulmalıdır Azərbaycanda!! Niyə, nə olub, kimdir bu? Fərq etmir, əmr budur.

Düşündürücü və narahatedicidir... Bu göstərici artıq ümumilli, ümumölkə təhlükəsi şkalasıdır! O dərəcədə təhlükə ki, dövlət və xalq, iqtidar və müxalifət və ümumi cəmiyyət olaraq birləşərək bu təhlükəni aradan qaldırmalıyıq! Qaldırma da yox, bunun kökünü kəsməliyik. Bu qaçılmazdır!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş