Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici ölkələrdə Novruz tədbirləri keçiriləcək

Xarici ölkələrdə Novruz tədbirləri keçiriləcək


Xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən silsilə tədbirlər keçiriləcək.

Newscenter.az xəbər verir ki, belə tədbirlərin Niderland Krallığı, Almaniya, Belçika, İsveç və digər Avropa ölkələrində keçirilməsi nəzərdə tutulub.

Ayrı-ayrı ölkələrdəki Azərbaycanın səfirlik və digər diplomatik nümayəndəliklərinin də dəstəyi ilə baş tutacaq tədbirlərdə Novruzun xüsusiyyətləri, özəllikləri barədə iştirakçılara məlumat veriləcək, bayram süfrəsi açılacaq.

Keçiriləcək tədbirlərə ayrı-ayrı ölkələrdəki Türkiyə, eləcə də digər ölkələrin səfirlərinin də dəvət edilməsi nəzərdə tutulur.

Mehman Mehdiyev
Xəbəri paylaş