Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

20 ildə kitabxanaların sayı 3 dəfə artıb

20 ildə kitabxanaların sayı 3 dəfə artıb


Türkiyədə kitabxanaların sayında ciddi artım qeydə alınıb.

Newscenter.az Türkiyənin Milli Təhsil Nazirliyinə istinadən bildirir ki,2002-2003-cü tədris ilində ölkədə 14 min 478 olan kitabxanaların sayı 2022-2023-cü tədris ilində təxminən 3,3 dəfə artaraq 46 min 828-ə çatıb.

16 Elm və İncəsənət Mərkəzinin (BİLSEM) sayı isə ötən dövr ərzində təxminən 24,5 dəfə artaraq 393-ə çatıb. 2 min 791 idman salonunun sayı təxminən 4,3 dəfə artaraq 12 min 206-ya, 21 min 849 laboratoriyanın sayı təxminən 2,42 dəfə artaraq 52 min 954-ə, 1489 yataqxananın sayı isə təxminən 2 dəfə artaraq 3 min 43-ə çatıb.

Mehman Mehdiyev

Xəbəri paylaş