Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT bu il yeddi təlim məşqi keçirəcək

KTMT bu il yeddi təlim məşqi keçirəcək


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il 7 təlim məşq toplantısı keçirəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə məlumatı təşkilatın baş katibi İmanqali Tasmaqambetov verib. KTMT baş katibi onu da deyib ki, həmçinin il ərzində “Sərhəd-2024” birgə təlimi keçiriləcək.

“KTMT-yə üzv dövlətlərin birgə qərargahı, katibliyi və aidiyyəti nazirlik və idarələrinin strateji komanda-qərargah təlimi, “Qarşılıqlı fəaliyyət – 2024”, “Sarsılmaz qardaşlıq – 2024” komanda-qərargah təlimləri, “Axtarış – 2024”, “Eşelon – 2024” ", "Jartaş - 2024", "Kobalt - 2024" xüsusi təlimləri, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya ərazisində "Sərhəd - 2024" birgə təlimləri planlaşdırılır. Təlimlər təşkilatın işinin əsas istiqamətlərinin həyata keçirilməsi çərçivəsində keçiriləcək",-deyə təşkilatın baş katibi vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş