Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qara dənizdə yeni qaz yatağı kəşf edildi

Qara dənizdə yeni qaz yatağı kəşf edildi


Türkiyə Qara dənizdə yeni qaz yatağı kəşf edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

Nazir Bayraktar Sakarya qaz yatağının şimal-qərbində bir yataqda yeni qazın kəşf edildiyini vurğulayıb.

Alparslan Bayraktar elektrik və təbii qaz qiymətlərində artım olacağı barədə iddialara aydınlıq gətirib. O bildirib ki, aprel ayında elektrik və təbii qaz qiymətlərində heç bir dəyişiklik olmayacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş