Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

THY Liviyaya uçuşları bərpa etdi

THY Liviyaya uçuşları bərpa etdi


Türk Hava Yolları (THY) yenidən Liviyanın paytaxtı Tripoliyə uçuşlara başlayıb.

Newscenter.az şirkətin Mətbuat Məsləhətçiliyinə istinadən bildirir ki, bu gün Liviyanın Mitiqa Beynəlxalq Hava Limanına ilk uçuş həyata keçirilib.

"Türk Hava Yolları olaraq qitələri birləşdirməyin həyəcanını bu dəfə Liviyanın paytaxtı Tripolidə hiss edirik. Tarixi əlaqələrimiz olan Liviyaya yenidən uçuşlara başladığımız üçün xoşbəxtik. İnkişaf etməkdə olan bazar və artan tələblərlə bir çox qitələrə olduğu kimi Afrikaya da səyahət edirik",-deyə THY-nin açıqlamasında bildirilir.

Qeyd edək ki, Türk Hava Yollarının qonaqları 23 Mart-15 May 2024-cü il tarixləri arasında aldıqları biletlərlə İstanbuldan Tripoliyə 379 dollardan, Tripolidən İstanbula isə 299 dollardan başlayan qiymətlərlə səyahət edə biləcəklər.

Natiq Orucov
Xəbəri paylaş