Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailin Qəzzaya hücumu nəticəsində 171 BMT əməkdaşı həyatını itirib

İsrailin Qəzzaya hücumu nəticəsində 171 BMT əməkdaşı həyatını itirib


İsrailin Qəzzaya hücumundan təkcə fələstinlilər deyil, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri də zərər çəkib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, 6 aya yaxın davam edən əm\liyyatlar nəticəsində BMT-nin 171 əməkdaşı həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, Qəzzadakı xəstəxanaların üçdə ikisi fəaliyyət göstərmir və Qəzza zolağında gözlənilən aclığa baxmayaraq, bölgəyə çatdırılan humanitar yardımın həcmində ciddi dəyişiklik yoxdur.

İsrail ordusunun Qəzza zolağının hər yerində, xüsusilə Qəzza şəhərinin Şifa xəstəxanası yaxınlığındakı Rimal məhəlləsində və Xan Yunus şəhərində hücumlarını davam etdirməsi nəticəsində mülki şəxslərin həyatını itirdiyi, yerdəyişmələrin baş verdiyi, evlərin və mülki infrastrukturun məhv edildiyi bildirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş