Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Azərbaycandakı səfiri geri çağrılır?

İranın Azərbaycandakı səfiri geri çağrılır?


İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Musəvi geri çağrılır.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət xəbər agentliyi “Tasnim” yayıb. Agentlik iddia edir ki, buna səbəb səfir Musəvinin Azərbaycanın yerli televiziya kanallarından birinə verdiyi müsahibə olub.

Agentliyin xəbərinə görə, azərbaycanlı jurnalistin libası Tehran hakimiyyəti tərəfindən xoş qarşılanmayıb və səfir Abbas Musəvi səlahiyyət müddəti başa çatmadan geri çağırılıb.

Agentlik jurnalistin diplomatik nümayəndəlikdə göründüyü “uyğun olmayan geyimini” İran İslam Respublikasının rəsmi mövqeyinə təhqir hesab edib.

Anar Əliyev
Xəbəri paylaş