Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi


Güclü leysan yağışlar və sel daşqınları təhlükəsi Qazaxıstanın Akmola vilayətində fövqəladə vəziyyətin eıan edilməsinə səbəb olub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu bardə məlumatı Akmola vilayəti administrasiyası verib.

Bilirilib ki, həçinin Kokşetauda yerli təbii fövqəladə vəziyyət elan edilib:

"Kılçaqtı çayında suyun səviyyəsi keçib. Bütün itkilər qiymətləndirilir və komissiya onların ödənilməsi ilə bağlı məsələləri həll edəcək. Fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün qərargah yaradılıb. Su basmış ərazilərdə sakinlər təxliyə olunur".

Qeyd edək ki, bu gün Kılçaktı çayının sahilindən daşması nəticəsində 16 fərdi yaşayış evi, 29 fərdi həyətyanı sahə və 12 çoxmərtəbəli yaşayış evinin həyətyanı sahəsi, həmçinin “Ertostıq” uşaq bağçasının 1 mərtəbəsi su altında qalıb.

Nərgiz Əzizova
Xəbəri paylaş