Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Separatçılar Paşinyanın işini çətinləşdirəcək

Separatçılar Paşinyanın işini çətinləşdirəcək


Qarabağ separatçılarının tör-töküntüləri Ermənistanın baş naziri Nikol Paşinyan üçün ciddi problemə çevriliblər. İndi də Ermənistanda keçmiş separatçılardan olan Artak Belqaryan "Arstax Birliyi" yaradıb. Birliyin əsas planı Qarabağdan koc etmiş insanların maddi və sosial problemlərin həllinə yönəlib.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bir müddətdən sonra bu birliyin siyasi tələblər edəcəyi və Azərbaycana qarşı növbəti dəfə təxribatçı çağırışlar edəcəyi mümkündür:

"Ermənistanın bəzi vətəndaşları "Artsax Respublikası" Birliyə döndüyü kimi suallar ünvanlayırlar. Artak Belqaryan Xankəndində separatçıların "dövlət naziri" olub".

Politoloq deyib ki, bu kimi separatçıların Ermənistanda müxtəlif adlarla meydana çıxması N. Paşinyanın işini da çətinləşdirəcək:

"Ümumiyyətlə, Bakı İrəvana sülh müqaviləsində Qarabağla bağlı Ermənistanda hər-hansı bir QHT və digər qurumların yaradılmaması üçün bənd salmalıdır".

Süleyman
Xəbəri paylaş