Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astana və Bişkek arasında 300 milyon dollarlıq razılaşma

Astana və Bişkek arasında 300 milyon dollarlıq razılaşma


Astanada keçirilən Qazaxıstan və Qırğızıstan biznes forumu çərçivəsində iki ölkənin iş adamları 300 milyon dollarlıq sənədləri imzalayıblar.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, imzalanan sənədlərə günəş elektrik stansiyalarının, ferroərinti zavodunun, Qırğızıstan ərazisində paylama mərkəzinin tikintisi, kənd təsərrüfatı məhsullarının tədarükü və bir çox digər sahələrdə layihələrin həyata keçirilməsi məsələləri daxildir.

Forumda maşınqayırma, sənaye, metallurgiya, tikinti, logistika, kənd təsərrüfatı, əczaçılıq, investisiyalar, xidmət sənayesi ilə məşğul olan şirkətlər iştirak ediblər.

Qetd edək ki, 2023-cü ilin yekunlarına görə, Qazaxıstan və Qırğızıstanın ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 26% artaraq 1,6 milyard dollara çatıb.


Mehman Mehdiyev
Xəbəri paylaş