Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədən ən çox mənzil alanlar ruslardır

Türkiyədən ən çox mənzil alanlar ruslardır


Keçən ay Türkiyədən mənzil alan xaricilər arasında ruslar daha çox üstünlük təşkil edib.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, mart ayında Rusiya Federasiyası vətəndaşları Türkiyədən 411 ev alıblar. Rusiya Federasiyası vətəndaşlarını müvafiq olaraq 182 evlə İran, 129 evlə Ukrayna və 82 evlə İraq vətəndaşları izləyib.

Ümumilikdə, keçən ay xaricilərə 1778 ev satılıb.

Xaricilərə mənzil satışı mart ayında bir əvvəlki ilin eyni ayına görə 47,9 faiz azalaraq 1778-ə düşüb. Mart ayında xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı 1,7 faiz olub. Xaricilərə mənzil satışında İstanbul 652 mənzil satışı ilə birinci olub. İstanbulu 618 ev satışı ilə Antalya və 151 ev satışı ilə Mersin izləyib.

Natiq Orucov
Xəbəri paylaş