Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan torpaqlarının işğalı üzərinə qurulmuş iki əsrlik tarixi plan fiaskoya uğradı

Azərbaycan torpaqlarının işğalı üzərinə qurulmuş iki əsrlik tarixi plan fiaskoya uğradı


Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi davam edir. Hadisələrin bu istiqamətdə inkişaf etməsi sevindirici hal olmaqla yanaşı Vətən savaşı və antiterror tədbirlərindən sonra diplomatiyamızın növbəti uğurudur.

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, 2020-ci il 10 Noyabr bəyanatından sonra Qarabağa yerləşdirilən sülhməramlı kontingentin fəaliyyəti əksər hallarda xoş olmayan tezislərlə əsaslandırılırdı:

"Hətta Rusiyanın özündə belə sülhməramlı missiyanın daimi xarakter daşıyacağını görünüşü formalaşdırılmışdı. Elə Kreml administrasiyası da bu niyyətin reallaşması üçün ciddi səylə çalışırdı. Təbii ki, cəmiyyətimizi düşündürən bu kimi həssas mövzu üzərindən bəzi radikal müxalifət simaları ölkə maraqlarını heçə sayaraq öz ambisiyaları naminə istifadə etməyə başladı Bu üsulla onlar ölkə daxilində narazılıq, ruh düşkünlüyü yaratmaq istəyirdilər. Lakin cənab Prezident İlham Əliyev elə bir mexanizm formalaşdırdı ki, zaman keçdikcə missiyanın fəaliyyət istiqaməti daraldı".

AVP rəsmisi deyib ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbiri ilə qondarma separtçı rejim məhv edildi və prosesin davamı olaraq Qarabağın erməni əhalisi könüllü surətdə bölgəni tərk etdi:

"Bu isə öz növbəsində sülhməramlı missiyanın işinin de-fakto bitdiyinin göstəricisi idi. Rəsmi Bakı rus qoşunlarını ölkə ərazisindən çıxarmaqla Cənubi Qafqazda maraqları olan güclərə regionda yeni geosiyasi reallıqlar yaratmaq potensialını nümayiş etdirdi. Bununla da Azərbaycan torpaqlarının işğalı üzərinə qurulmuş iki əsrlik tarixi plan fiaskoya uğradı".

Süleyman
Xəbəri paylaş