Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib



Newscenter.az.5.12.2018. “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərinin informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə iclası keçirilib. Newscenter.az xəbər verir ki, tədbirdə QDİƏT üzv dövlətlərinin müvafiq sahə üzrə rəhbərləri, beynəlxalq təşkilat və qurumların yüksək vəzifəli nümayəndələri iştirak edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iclasda çıxışı zamanı bildirib ki, QDİƏT yarandığı gündən İKT sahəsi təşkilata üzv ölkələr arasında iqtisadi münasibətləri stimullaşdıra bilən prioritet istiqamət kimi müəyyənləşdirilib. “Bugünkü görüşü biz regionumuzda İKT sahəsində əməkdaşlığın nəticələrinin müzakirəsi və perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan hesab edirik. E.Vəlizadə bildirib ki, 2020-ci ilədək Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyada öz əksini tapıb. Bu sənəddə müasir stasionar və mobil rabitə texnologiyalarının tətbiqinin genişləndirilməsi, İKT-dən istifadənin artırılması, müxtəlif xidmətlərin göstərilməsi üçün internet resurslarının tutumlarının çoxaldılması, informasiya cəmiyyətinin tələbatının ödənilməsi və rəqəmli iqtisadiyyatın formalaşdırılmasına kömək nəzərdə tutulur.
Daha sonra iclasda QDİƏT regionunda İKT sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirin yekunu olaraq QDİƏT regionunda İKT sahəsində əməkdaşlıq haqqında Bakı Birgə Bəyannaməsi qəbul edilib.

Qeyd edək ki, 2018-ci ilin iyulundan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycan sədrlik edir.
Xəbəri paylaş