Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti XV iclası keçirilib

Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti XV iclası keçirilib


Newscenter.az.13.12.2018.
“Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də imzalanan Sazişə əsasən yaradılan “Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti XV iclası keçirilib.Newscenter.az-a daxil olan məlumata götə, iclas Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində olub.

Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən birgə görüşdə Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

İclasda Sazişin icra olunması, Samurçay baş hidroqovşağının istismarı, sudan istifadə məlumatlarının qarşılıqlı mübadiləsi, hidroqovşaqdan ekoloji su buraxmalarına riayət edilməsi və su bölgüsü ilə bağlı digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Qeyd edək ki, sazişə əsasən komissiyanın iclası ildə iki dəfə, hər dəfə bir ölkənin ərazisində keçirilir.
Xəbəri paylaş