Newscenter.az.13.12.2018. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ rektoru C.Məmmədov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətindən danışıb. Türkiyənin Nəcməddin Ərbakan adına Konya Universitetinin professoru Əhməd Taşkınsufiliyin VII-VIII əsrlərdə İslam təriqəti kimi yarandığını, İslam dininin inkişafı və yayılmasında xüsusi rol oynadığı qeyd edib. Bildirilib ki, sufi fəlsəfəsi dini təməl üzərində qurulsa da, mahiyyət etibarilə insanın mənəvi keyfiyyətlərini, əxlaqi dəyərlərini, təfəkkür tərzini təhlil etməkdə son dərəcə əhəmiyyətli rol oynayıb. AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Azərbaycanın Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlisufiliyin müsəlman cəmiyyətlərində yayıldığı kimi, Azərbaycanda da təşəkkül tapdığı, xalqın mədəniyyətində dərin iz buraxdığı barədə danışıb.
Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov ölkəmizdə həyat tərzinə və dövlət siyasətinə çevrilmiş multikultural ənənələrin formalaşmasında sufi dünyagörüşünün özünəməxsus rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Kostomonlu Universitetinin dosenti Namiq MusalıVIII-XVIII əsr sufiləri haqqında geniş məlumatlar verib.